2 Fevral-Gənclər günü qeyd edilib

     Məktəbdə 2 Fevral-Gənclər günü qeyd edilməsi məqsədilə gənc müəllimlərlə görüş keçirilib. Görüşdə müəllimlərin fəaliyyətindən bəhs edilib, onların qarşılaşdıqları çətinliklər və həll yolları müzakirə edilib,

     “Gənclik gələcəkdir!” şüarı altında keçirilən görüşdə müəllimləri maraqlandıran məsələlər geniş müzakirə olunub. Gənc müəllimlərin uğur hekayələri, keçdikləri inkişaf yolu dinlənilib. Seçdikləri şərəfli peşədə onlara uğurlar dilənib, bilikli, bacarıqlı və vətənpərvər şagirdlər yetişdirməklə öz peşələrini daima layiqincə yerinə yetirmələri arzu edilib.

      Səmərəli fəaliyyəti və bundan sonra da layiqincə fəaliyyət göstərmələri üçün gənc müəllimlər məktəb rəhbərliyi tərəfindən “Təşəkkürnamə”lərlə mükafatlandırılıb.

      Görüş birincilərin müəllimlərə etdiklərə xoş sürprizlərlə sonlanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi