Pedaqoji şuranın növbəti iclası keçirilib

      Yanvarın 31-i məktəbdə növbəti Pedaqoji şura iclası keçirilib. İclasda məktəbin direktor əvəzi İlhamə Mirzəyeva 2023/2024-cü tədris ilində l yarımilin yekunları, sinif və elektron jurnallarının işlənməsi, təlim-tərbiyə prosesinin tənzimlənməsi, şagird davranış qaydalarının tətbiqi vəziyyəti, şagirdlərin təlim nailiyyətlərinin təhlili, məktəbdə mövcud psixolji-emosinal vəziyyətin tənzimlənməsi, təhlükəsizlik və müəllimlərin etik davranış qaydaları barədə geniş məruzə ilə çıxış edib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Azərbaycan dili fənni üzrə məktəbdə təşkil olunan və keçirilən monitorinqlərin nəticələri barədə də geniş məruzə edilib, təhlillər aparılıb. Respublika Fənn Olimpiadasının yarımfinal turuna keçid haqqı qazanan şagirdlər və onların növbəti tura hazırlanmaları, eyni zamanda, şagirdlərin daha çox müsabiqə və layihələrdə iştiraklarına maraq yaratmağın yolları və cari məsələlər müzakirə edilib, təkliflər irəli sürülüb.

      Pedaqoji şura sonda müvafiq qərarlar qəbul edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi