20 Yanvar faciəsi ilə bağlı rəsm sərgisi təşkil edildi

Uzun illər rus imperiyasının  əsarəti altında yaşayan Azərbaycan xalqı azadlığı əldə etmək üçün şərəfli tarix yaşamışdır. Bunlardan biri də 20 Yanvar tarixidir.

     O gecə yüzlərlə gənc silahsız rus ordusunun qarşısına çıxdı və dəhşətli faciə yaşandı. Şagirdlərimizin bu tarixi unutmamaları üçün "20 Yanvar" faciəsinin 34-cü il dönümü ilə əlaqədar məktəbin foyesində şagirdlərin rəsm işlərindən ibarət sərgi təşkil edildi.

     Sərgidə 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə yaşanmış bu şərəfli tarixi hadisələri əks etdirən rəsmlər nümayiş olundu.

     Azərbaycan xalqının müstəqillik uğrunda keçdiyi şərəfli yolunu unutmayaq və unutdurmayaq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi