VII, IX siniflərdə monitorinq aparıldı

      Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun təşkilatçılığı ilə dekabrın 14-ü VIl və lX siniflərdə tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq keçirilib. Şagirdlərə ümumilikdə 85 tapşırıq təqdim olunub və tapşırıqların icrası üçün 150 dəqiqə vaxt verilib.

       Monitorinqin keçirilməsində əsas məqsəd buraxılış imtahanı fənləri üzrə təqdim olunmuş məzmun çərçivəsində şagirdlərin bilik və bacarıqlarının mövcud vəziyyətini, öyrənmə ehtiyaclarını müəyyən etmək və inkişaf istiqamətləri üzrə kompleks fəaliyyətləri həyata keçirməkdən ibarət olub.

Bütün şagirdlərimizə uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi