"Sağlam həyat tərzi nədir?"

  Sürətli həyat tempi, ekologiyanın pisləşməsi, informasiya və texniki xarakterli gərginliyin artması orqanizmə mənfi təsir göstərir. Ona görə də sağlamlığı qorumaq qaydalarını bilmək və ona əməl etmək vacibdir. Sağlam həyat tərzi gümrah yaşamağı və xəstəliklərdən uzaq olmağı nəzərdə tutur.Beynin qidalanması da bu sahədə çox mühüm məsələlərdən biridir. Bundan ötrü kitab oxumaq, krossvord həll etmək, elm və təhsilə aid verilişlərə, sənədli filmlərə baxmaq, səyahətə çıxmaq, xarici dil öyrənmək lazımdır.Sağlam həyat tərzinin qaydaları sadədir, əslində ona əməl etmək də çətin deyil.Şagirdlərin bu haqda fikirlərini öyrənmək məqsədilə 05.12.2023 cü il tarixində məktəbin psixoloqu Abdullayeva Aynurə IV sinif şagirdləri ilə "Sağlam həyat tərzi nədir?"mövzusunda sorğu keçirtdi.Sonda şagirdlərin sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi