Şair Zaur İlham oğlu ilə görüş keçirildi

  30 noyabr tarixində məktəbin akt zalında Yazıçılar birliyinin üzvü, "Qızıl qələm" , İlin Vətənpərvər şairi, media mükafatları laureatı şair Zaur İlham oğlu ilə görüş keçirildi. Görüşdə məktəbin7-8-9-10-11- ci sinif şagirdləri, rəhbərlik və müəllim heyyəti iştirak etdi. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan edildi, daha sonra ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. görüş zamanı şagirdlər Zaur İlham oğlunun şeirlərini səsləndirdilər, şairi daha da yaxından tanımaq üçün ona suallar ünvanladılar. Tarix müəllimi Musayeva Nazilə çıxışında bildirdi ki şairin şeirlərində tariximiz və milli dəyərlərimiz işıqlandırılıb. Direktor əvəzi İlhamə Mirzəyeva və təşkilatçı Aynur Abbasova çıxışlareında bildirdilər ki, belə görüşlərin keçirilməsi labüddür və əhəmiyyətlidir.  Görüşün sonunda söz Zaur İlham oğluna verildi, şair çıxışında öz təəssüratlarını bildirdi və təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi