"Uşaq hüquqları" mövzusunda konfrans keçirildi

7 noyabr tarixində məktəbin tarix müəllimi Mehrəliyeva Gülşənin sinif rəhbəri olduğu 7"Ç" sinfində "Uşaq hüquqları" mövzusunda konfrans təşkil edildi. Konfransın keçirilməsində məqsəd uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaqdır. Müəllim M.Gülşən "Uşaq hüquqları" haqqında video təqdimatdan istifadə etdi. Şagirdlər uşaq hüquqları haqqında öyrəndiklərini məruzə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi