Zəfər günü ilə bağlı tədbir keçirildi

   İki noyabr tarixində məktəbin riyaziyyat və informatika müəllimi Nəsibova Lətafətin fənn müəllimi olduğu 5" C" sinif şagirdləri ilə "Zəfər" adlı tədbir təşkil edildi. Şagirdlər Vətən müharibəsi haqqında öyrəndiklərini söyləyərək çıxışlar edib. şeirlər söyləyib, rəqslər etdilər. Tədbirin sonunda fənn müəllimi Nəsibova Lətafət vurğuladı ki, bu qələbəni bizə bəxş edən Ali Baş komandan və müzəffər Azərbaycan ordusu hərb tarixində yeni bir cığır açıb, bu cığırla addımlayır. İgid Azərbaycan oğullarının sücaəti, qorxmazlığı artıq dastana çevrilib.Tədbiri izləyən məktəb rəhbərliyi müəllim və şagirdlərə öz minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi