Şəhid mayor Səyavuş Kərbalıyevin ailəsi ilə görüş keçirildi

   27 oktyabr tarixində II Qarabağ döyüşlərində şəhid olmuş mayor Səyavuş Kərbalıyevin ailə üzvüləri ilə görüş keçirildi. Səyavuş Kərbalıyev kəşfiyyat rəisi olaraq, Cəbrayıl istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 29 sentyabr 2020-ci ildə Cəbrayıl- Fizuli  istiqamətində gedən döyüşlərdə, döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Şagirdlərin kəşfiyyat rəisi olaraq döyüşlərdə hamıdan öndə gedən Şəhid mayor Səyavuş Kərbalıyevi daha yaxından tanıtmaq üçün onun əziz xatirəsinə həsr olunmuş video çarx nümayiş olundu. Tədbirdə şagirdlər vətənpərvərlik mövzusunda şeirlər və mahnılar ifa etdilər. Şəhidin vətənə əmanət 2 evladının anası Pərvanə xanım həyat yoldaşı mayor Səyavuş Kərbalıyev haqqında xatirələrini danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi