" Zəfər Günü" ilə bağlı dəyirmi masa keçirildi

  On bir oktyabr tarixində tarix müəllimi Musayeva Nazilə fənn müəllimi olduğu 9"B" sinfində "Zəfər Günü" ilə bağlı "dəyirmi masa" təşkil etdi. "Dəyirmi masa"da 44-günlük müharibə haqqında danışıldı və şəhidlərimiz yad edildi. Bu 44-günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Vətən müharibəsində 2098 Azərbaycan hərbçisi şəhid olmuşdu. "Dəyirmi masa"nı keçirtməkdə məqsəd şagirdlərimizi vətənpərvər ruhda tərbiyə etmək və tariximizi yaşatmaq idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi