Reproduktiv sağlamlıq mövzusunda "Təhlükəsiz informasiya axtarışı" adlı məşğələ

   6 oktyabr 2023-cü il tarixində məktəbin psixoloqları Abdullayeva Aynurə və Abışova Şəlalə tərəfindən IX sinif şagirdləri ilə (qızlarla) "Təhlükəsiz informasiya axtarışı" adlı məşğələ keçirildi. Məşğələ zamanı şagirdlərlə sorğu aparıldı, sorğu əsasında onların "informasiya mənbələri" təhlil edildi. Həmin sorğunun nəticəsində müəyyən olundu ki, əksər şagirdlər maariflənmə üsulu kimi interneti əsas götürür. Bunun hər zaman müsbət nəticə vermədiyini şagirdlərə çatdırmaq məqsədilə "kor və bələdçi" oyunu keçirildi. Hər hansı suala cavab axtaranda mötəbər informasiya mənbəyinə müraciət etmək şagirdlərə tövsiyə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi