"20 Yanvar -azadlığa aparan yol" adlı dəyirmi masa

20 Yanvar yaxın keçmişimizdə yaşamış olduğumuz ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq tarixi kimi həkk olunmuşdur. 1990- cı il yanvarın 20-də Azərbaycan xalqı öz tarixinin daha bir qəhrəmanlıq səhifəsini yazdı.Bakıda baş verən faciə Azərbaycanın oğul və qızlarının öz vətənlərini necə böyük məhəbbətlə sevdiklərini, azadlığı öz həyatlarından belə yüksəkdə tutduqlarını bütün dünyaya göstərdi. İllər ötsə də, həmin tarix qətiyyən bizə uzaq görünmür, əksinə, xalqımız şəhidlərimizin xatirəsini həmişə ehtiram hissi ilə yad edir.
    19 yanvar tarixində məktəbin tarix müəllimi M. Nazilə 7”B” sinif şagirdləri ilə “20 Yanvar-azadlığa aparan yol” başlığı ilə dəyirmi masa təşkil etdi.
    Şagirdlər çıxışlarında 20 Yanvar faciəsindən və Azərbaycan xalqına qarşı törədilən soyqrıma ilk etiraz səsini ucaldan ulu öndər Heydər Əliyevin gördüyü işlərdən danışdılar.
    Məhz ulu öndər Heydər Əliyevin sayəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
    20 Yanvar uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın əsarət səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət etdirdiyi şərəfli bir tarixdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi