" İlham Əliyev və qüdrətli Azərbaycan " adlı konfrans keçirildi

    Bu gün Azərbaycan Respublikasının  Prezidenti  cənab İlham Heydər oğlu Əliyevin  60 yaşı tamam olur. Bu münasibətilə  24 dekabr tarixində  məktəbin ingilis dili müəllimi Rüstəmova Ayşən sinif rəhbəri olduğu 9”A” sinfində  “İlham Əliyev və qüdrətli Azərbaycan” adlı konfrans təşkil etdi.
   Konfransda  şagirdlər  çıxışlarında Azərbaycan  Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin həyat yolundan, apardığı siyasətdən, 44 günlük Vətən müharibəsindən və Azərbaycan xalqının rifahı üçün gördüyü işlərdən bəhs olundu
    Konfransın sonunda  şagirdlər Zəfər tarixi yazan, dəmir yumruqlu  Ali Baş Komandanımızı doğum günü münasibəti ilə təbrik edərək ona uzun ömür, can sağlığı və bol uğurlar  arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi