Heyvanat parkına ekskursiya

Məktəbin fəaliyyət planına  uyğun olaraq, şagirdlərin asudə vaxtlarını səmərəli keçirtmək  və tədrisin keyfiyyətinə təsir etmək məqsədilə  məktəbin Sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini Abbasova Aynur və ibtidai sinif müəllimi Hüseynova Elnurə  17 dekabr 2021- ci il tarixində  4”D” sinif şagirdləri ilə  “ Heyvanları tanıyaq”  adı altında  “ Heyvanat parkı” na ekskursiya  təşkil  etdi. 
    Şagirdlər bir daha  öyrəndilər  ki, təbiətdə yaşayan müxtəlif növ heyvanların hər biri  özü üçün  qidalanma və  gizlənmə yeri müəyyənləşdirir. Heyvanlar təbiətə gözəllik verən , onu zəngin  estetik zövq mənbəyinə  çevirən  canlı varlıqlardır.  Təbiətdə onların  qorunub saxlanılması , artırılması  və cəmiyyət üçün  səmərəli istifadə edilməsi  çox vacib məsələdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi