Ulu öndər, ümummilli lider Heydər Əlirza oğlu Əliyevin " Anım günü"

Dünya tarixində elə şəxsiyyətlər vardır ki,  o şəxsiyyətlər təkcə öz xalqına  millətinə deyil bütün  bəşəriyyətə mənsub olurlar və bəşəriyyət onlardan örnək alır. Belə şəxsiyyətlərdən biri də ulu öndər, ümummilli lider  Heydər Əlirza oğlu Əliyevdır.
   Dekabrın 12 - si  xalqımızın ümummilli lideri , ulu öndər Heydər Əliyevin anım günüdür. Bu münasibətlə məktəbdə “ Anım günü”  adlı tədbir tədbir təşkil edildi. 
   Tədbirdə məktəbin riyaziyyat- informatika müəllimi Nəsibova Lətafət  sinif rəhbəri olduğu 7”Ç” sinif şagirdlərilə və ibtidai sinif müəllimi  Abdullayeva Lalə 4”A” sinif şagirdlərilə  birlikdə fəal iştirak etdilər. 
   7”Ç” sinif şagirdləri  ulu öndərin “ həyat yolundan” , siyasətindən,  Azərbaycan  neft strategiyasında və mədəniyyətində rolundan , Azərbaycan təhsilinə qayğıdan və bu sahədə gördüyü işlərdən  və nəhayət, Qarabağ torpaqlarının alınması uğrunda gördüyü işlərdən  bəhs olundu. Bütün bunlar video çarxlarda öz əksini tapdı. 4”A” sinif şagirdləri  tədbiri  ulu öndərin kəlamları ilə davam etdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi