"28 May - Respublika Günü və Musiqi"

Yasamal rayonu T.Abbasov adına 225 N-li məktəbdə məktəbin musiqi müəllimi Esmira Hüseynovanın təşkilatçılığı ilə "28 May - Respublika Günü və Musiqi" adlı tədbir keçirilmişdir. Keçirilən tədbirdə müxtəlif səpkidə mövzulara toxunan şagirdlər vətənə olan məhəbbəti, ölkəmizə olan sevgi, dəyəri, ordumuzun nə qədər güclü, nə qədər şücaətli, hətta bütün dünyaya səs salacaq qədər əzəmətli olduğunu, Azərbaycan bayrağının daim zirvələrdə dalğalanacağını öz çıxışları ilə bildirmişlər. Tədbirin sonunda məktəbin direktoru S.Eminova tədbiri təşkil etdiyi üçün Esmira Hüseynovaya, əməyi keçən digər müəllimlərə və şagirdlərə öz minnədarlığını bildirmişdir.