28 May - Respublika Günü

Yasamal rayonu T.Abbasov adına 225 N-li məktəbdə sinif rəhbəri Mətanət Qəhrəmanovanın təşkilatçılığı ilə 2e sinifində tariximizin ən şanlı və parlaq səhifələrindən olan 28 May Respublika Gününə həsr olunmuş tədbir keçirilmişdir. Öz istedad və bacarıqlarını səhnədə göstərən şagirdlər göstərdikləri səhnəciklər, şerləri, rəqsləri ilə doğma vətənə olan sevgilərini, onun tarixini, mədəniyyətini hər zaman dərindən öyrənib adət-ənənələrimizi daima qoruyacaqlarını bildirmişlər.