"Zəkaların mübarizəsi" adlı bilik yarışı

17.05.2025-ci il tarixində Yasamal rayonu T.Abbasov adına orta məktəbdə rus bölməsi üzrə təhsil alan şagirdlərdə Azərbaycan dilinə olan həvəs və marağı artırmaq məqsədilə “Nə deyirsə yad desin, öz dilimdi şirin dil” adlı 7-ci siniflərarası bilik yarışı keçirildi. Hər sinifdən 5 nəfərdən ibarət komanda seçilərək yarışa start verildi. Verilən sualları həvəslə müzakirə edən şagirdlər yarışda aktiv iştirak edərək, suallara dolğun cavab verdilər. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimlərindən ibarət münsiflər heyəti şagirdlərin cavablarını diqqətlə müzakirə edərək onları təyin olunmuş balla qiymətləndirdilər.
Yarışın sonunda çıxış edən məktəbin direktoru Sevda Eminova hər kəsin doğma dilimizi hər zaman sevməyi, qorumağı, ona müqəddəs yanaşmağı borc bildiyini bildirərək, şagirdlərə uğurlar arzu edərək, qalib komandaya hədiyyələr təqdim etmişdir.