Yaponiya Səfiri və Səfirliyin əməkdaşları ilə məktəbimizdə görüş

    16.10.2024 –cü il tarixində Yaponiyanın Azərbaycandakı Səlahiyyətli Səfiri cənab VATANABE Katsuya Yasamal rayonu T.Abbasov adına 225 № li məktəbdə şagirdlərdlə görüş keçirmişdir. Məktəbin direktoru Sevda Eminova və rəhbər işçiləri Yaponiya  səfirini və onun əməkdaşlarını yüksək səviyyədə qarşılayaraq onları Yaponiya dövləti ilə bağlı şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış etmişdir.

     2002-ci ildə Yaponiya səfirliyi məktəbimizlə əməkdaşlıq edərək məktəbin təmir olunmasında böyük dəstək göstərmişlər. Eyni zamanda Təhsil Nazirliyinin qərarı ilə 2009-cu ildən məktəbimizdə Yapon dili tədris olunmağa başlamışdır. İllərdir Yapon səfirliyi ilə edilən əməkdaşlıq nəticəsində bir çox tədbirlər keçirilmiş və şagirdlərimiz bu tədbirlərdə çox fəal iştirak etmişlər.

   Bu gün keçirilən tədbirdə də Yaponiyanın Səlahiyyətli Səfiri VATAN ABE Katsuya şagirdləri “Yaponiyaya səyahət” adlı təqdimatla tanış etmiş, onlara Yaponiya dövləti haqqında geniş məlumat vermişdir. Daha sonra şagirdlər Yaponya dövləti haqqında videoçarxı izləmişlər.

     Görüşün keçirilməsində eləcədə sərginin təşkilində əməyi olan məktəbin direktor müavini Zenfira Nusalova və UBTR –i Gülnarə Hüseynova da qonaqların təşkilatçılıqla bağlı yüksək fikirdə olmasından çox məmnun qalmış, və onların bu davranışını “əməyə verilən böyük dəyər” kimi qiymətləndirmişdir.

    Məktəb kollektivi və  şagirdər tərəfindən böyük maraqla qarşılanan Yaponiyanın Səlahiyyətli Səfiri VATAN ABE Katsuya şagirdlərlə görüşündən çox məmnun qaldığını söyləyərək, onları maraqlandıran suallara cavab vermişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi