Kiçik akademiyanın növbəti uğuru

29 dekabr 2019- cu il tarixində Nəsimi rayonu 1 nömrəli məktəbdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Bakı şəhəri ümumtəhsil məktəblərinin "Kiçik Akademiya" üzvləri arasında keçirilmiş tədqiqatçılıq müsabiqəsi qaliblərinin mükafatlandırma tədbiri olmuşdur. Kiçik Akademiyanın üzvü 9z sinfinin şagirdi Sarıyeva Gülşən Azər qızının " Plastik qablaşdırmadan istifadənin orqanizmə mənfi təsiri " adlı tədqiqat işi müsabiqədə fərqləndiyinə görə tərifnamə ilə təltif olunmuşdur. Məktəb rəhbərliyi adından Kiçik Akademiyanın tərkibində olan müəllimlərə, şagirdlərə və ən əsası 220 nömrəli məktəb-liseyin Kiçik Akademiyasının prezidenti, fizika müəllimi Cəmilə İbrahimovaya təşəkkür edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi