1 İYUN - UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ

30.05.2025-ci il tarixində 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə R. Baxışov adına 218 nömrəli tam orta məktəbdə musiqi müəllimi Fərqanə Mayılovanın və 1b sinif rəhbəri Nuridə Əbilovanın təşkilatçılığı ilə bayram tədbiri keçirilmişdir.
Uşaqlar qarşısında çıxış edən məktəbin direktoru Əbülfət Bağırov tədbirdə iştirak edən bütün uşaqları “ 1İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ” münasibəti ilə təbrik edərək bildirdi ki, ölkəmizdə uşaqlara xüsusi məhəbbət, xüsusi diqqət və qayğı vardır. Onların layiqli vətəndaşlar kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövləti hər cür şərait yaratmışdır.
Əbülfət müəllim bildirmişdir ki, Azərbaycanda Uşaq siyasətinin əsası Ümummillli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan körpələri hər il Heydər Əliyevlə olan görüşlərdən sonsuz coşqu və böyük ilham alırdılar. Bu səmimi görüşlər hər bir uşağın yaddaşında əbədi iz qoymuşlar.
Uzaqgörən siyasi lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayıcağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.
Keçirilən bayram şənliyi uşaqların yaddaşında xoş izlər buraxmış, onların müəllim və valideynlərinin çox böyük razılıqlarına səbəb olmuşdur.
Daha sonra tədbir şagirdlərin çıxışları ilə davam etmişdir.