MÜLKİ MÜDAFİƏ MƏŞQİ

    13 mart 2024-cü il tarixində hərbi rəhbər Qurban Vəliyevin təşkilatçılığı və məktəbimizin Mülki Müdafiə Qərargahının xilasetmə, rabitə, tibb və yanğınsöndürmə manqalarının üzvlərinin iştirakı ilə mülki müdafiə məşqi keçirildi.

    Hərbi rəhbər mülki müdafiə hazırlığının vəziyyəti barədə geniş məlumat verdi, inzibati binanın təxliyyə xəritəsi üzərində məşqin gedişini izah etdi, eyni zamanda məşqin planının məzmununu manqa üzvlərinin diqqətinə çatdırdı.

    Məşqlərin keçirilməsində əsas məqsəd mülki müdafiə orqan və qüvvələrinin idarəedilməsinin təşkili, mülki müdafiə planının reallığının yoxlanılması, məktəbin fövqəladə hadisələrdə hazırlıq səviyyəsinin müəyyən edilməsi idi.

#mülkimüdafiə

#məşq

#məktəb216

#fəalməktəb

#virtualməktəb

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi