ŞAGİRDLƏRİMİZ AŞQARLAR KİMYA İNSTİTUTUNDA

    Məktəbimizdə fəaliyyət göstərən Kiçik Akademiyanın “Kimyaçılar” dərnəyindən seçilmiş yeni 4 üzvü dərnək rəhbəri Saçlı Hüseynovanın təşkilatçılığı ilə Aşqarlar Kimyası İnstitutunda ekskursiyada oldular.

    Şagirdlər institutun gənc alimlərindən laboratoriyalarda müasir fiziki-kimyəvi cihaz və avadanlıqlarla tanış oldular, bəzi əyləncəli-öyrədici təcrübələri izlədilər.

    Həmçinin şagirdlərimiz institutun direktoru elmlər doktoru Əfsun Sucayevlə də görüşdü. O, Akademik Aşqarlar Kimyası İnstitutunun yaranma tarixindən, elmi fəaliyyət istiqamətləri, institutda aparılan fundamental tədqiqatlardan, əldə olunan nailiyyətlərdən danışdı, uşaqlara öz məsləhətlərini verərək qeyd etdi ki, belə görüşlərin məktəblilərin elmə həvəsləndirilməsində rolu böyükdür.

    Daha sonra professor şagirdlərə öz müəllifi olduğu kitabları hədiyyə etdi.

    Görüşün sonunda şagirdlərin sualları cavablandırıldı.

#kimyacilar

#məktəb216

#fəalməktəb

#virtualməktəb

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi