GENDER BƏRABƏRLİYİ

    15.11.2023-cü il tarixində VIII sinif şagirdləri, məktəb rəhbərliyi və müəllimlərin iştirakı ilə gender bərabərliyi mövzusunda maarifləndirici seminar təşkil edilib.

    Seminarın əsas məqsədi məktəblərdə gender bərabərliyinin təşviqi ilə tolerant, tənqidi düşüncəyə malik, təşəbbüskar və SMART yeni nəslin yetişdirilməsinə töhfə verməkdir.

  Seminarda şagirdlərə gender bərabərliyi, qanunvericiliyə uyğun olaraq bərabər imkanlardan istifadə, təhsildə mövcud olan gender göstəriciləri, məktəb-icma münasibətlərinin qurulması, valideyn-məktəb münasibətləri, dərsə davamiyyət, qızların təhsili mövzularında məlumat verilib, həmçinin təhsildən yayınma və onun səbəbləri haqqında danışılıb, fəsadları izah edilib.

    Daha sonra slayd nümayiş olunaraq mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi