"Narkomaniya bəşəriyyətin bəlasıdır" mövzusunda tədbir keçirilmişdir

Bakı şəhəri Baş Polis İdarəsi, Nizami rayon polis idarəsi təşkilatçılığı ilə "Narkomaniya bəşəriyyətin bəlasıdır" mövzusunda tədbir keçirilmişdir.Tədbirdə iştirak edən Bakı şəhəri Baş Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin əməkdaşı, polis mayoru Məryam xanım Ömərova, Nizami rayon polis idarəsinin Veteranlar Şurasının sədri, istefada olan polis əməkdaşı Aydın Əzimov, Veteranlar Şurasının üzvləri Firdovsi Bayramov, Adil Abbasov, Fərhad Bağırov, Nizami Rayon polis idarəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorları, polis baş leytenantı Emil İsmaylov, polis baş leytenantı Günay Qurbanova, polis leytenantı Mehdi Seyidov şagirdlərə insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkomaniya haqqında fikirlərini bildirdilər.Tədbir diskussiya şəklində keçirilib, məktəbin şagirdləri sual verib, söhbətdə fəal iştirak etmişlər.Şagirdlərə kiçik çarx nümayiş etdirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi