“Zərərli vərdişlərin ağır fəsadları” mövzusunda tədbir keçirilmişdir

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nizami rayon komissiyasının illik iş və tədbirlər planına uyğun olaraq Rayon Polis İdarəsi ilə birgə məktəbdə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Zərərli vərdişlərin ağır fəsadları” mövzusunda görüş keçirilib.

Tədbirdə məktəbin direktoru Esmira Ağayeva, Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, komissiyanın məsul katibi Bəhman Hüseynov, Nizami Rayon Polis İdarəsinin Veteranlar Şurasının sədr müavini Firdovsi Bayramov, Nizami Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi, polis kapitanı Natiq Yusifov çıxış edərək zərərli vərdişlər, onların sağlam həyat tərzinin formalaşdırılmasında göstərdiyi mənfi təsirlər, eləcə də insan sağlamlığına vurduğu sağalmaz yaralar barədə tədbir iştirakçılarına məlumatlar veriblər. Çıxışlarda sağlam həyat tərzinin alternativi olmadığı və yeniyetmə-gənclərin zərərli vərdişlərdən uzaq olmasının zəruriliyi önə çəkilib.

Tədbirdə həmçinin zərərli vərdişlər barəsində şagirdlərin sualları cavablandırılıb, onları narahat edən bir sıra  məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq izahatlar verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi