“Ölkəmizi tanıyaq” tur aksiyası keçirilib

Nizami Rayon İcra Hakimiyyətində “Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində məktəblilərin Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə təntənəli yolasalınma mərasimi keçirilib.

Yolasalma mərasimində çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən orta məktəblərin 9-11-ci sinif şagirdləri üçün artıq 12-ci dəfədir ki, “Ölkəmizi tanıyaq” maarifləndirici tur aksiyası təşkil edildiyini və 5 il ərzində rayon məktəblilərinin Naxçıvan şəhərində olduqlarını, Şamaxı-İsmayıllı-Qəbələ, Lənkəran-Masallı-Astara və Gəncə-Şəmkir-Göygöl istiqamətləri üzrə şəhər və rayonlarımıza səfər etdiklərini, həmin yerlərin tarixi abidələri, görməli yerləri ilə tanış olduqlarını, böyük təəssüratlarla geri qayıtdıqlarını bildirib.

Belə tədbirlərin şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını, bu səfərlər zamanı yeni-yeni dostlar qazandığını, bölgələrimizin adət-ənənələrini öyrənərək geniş biliklərə yiyələndiklərini söyləyib.

Mərasimdə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri və məktəbin 9A sinif şagirdi Kənan Ağadada konsert proqramı ilə çıxış ediblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi