Riyaziyyat fənni üzrə monitorinq təşkili olunmuşdur

Təhsilin keyfiyyətinin müəyyənləşdirilməsində əsas göstəricilərdən biri şagirdin təlim nəticələri olduğundan, həmin nəticələrin obyektiv qiymətləndirilməsi keyfiyyəti üzə çıxaran etibarlı mənbə hesab olunur. Təlim və tədris prosesinin təkmilləşdirilməsi, ölkə üzrə şagird nailiyyətləri barədə obyektiv məlumatların əldə edilməsi, habelə dövlət təhsil standartlarının monitorinqinin həyata keçirilməsi üçün müasir qiymətləndirmə mexanizmlərinin yaradılması “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda mühüm vəzifə kimi irəli sürülür.
“Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi”nin qalibi “Elektron Sınaq Qiymətləndirmə” diaqnostik və summativ qiymətləndirmənin mövcud təlimata uyğun aparılmasına öz töhfəsini verir.Layihənin məqsədi məktəbdaxili qiymətləndirmələrin yeni qaydalara uyğun formada təşkili, təkmilləşdirilməsi və tətbiqidir.Bu məqsədlə şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən ehtiyaclarının müəyyənləşdirilməsi üçün 9-cu siniflərdə riyaziyyat fənni üzrə monitorinq təşkili olunmuşdur.