"Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi” müsabiqəsi keçirilmişdir

İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.
Məktəbin akt zalında IX – XI sinif şagirdləri arasında Bakı Şəhəri üzrə Təhsil idarəsinin 04.10.2019 tarixli F-326 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan ədədbiyyatında İmadəddin Nəsimi irsi” müsabiqəsinin məktəb mərhələsi keçirilmişdir. Şagirdlər Nəsimi irsi haqqında hazırladıqları təqdimatları ilə çıxış etdilər. Məktəb rəhbərliyinin və müəllimlərin rəylərinə əsasən iki nəfər növbəti mərhələdə iştirak etmək hüququ əldə etdi .Şagirdlərimizə növbəti mərhələdə uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi