E L A N
Hörmətli həmkarlar,
Bakı şəhəri Nizami rayonu V.Sadıqov adına 214№-li tam orta məktəb “Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi”nin qalibi olmuşdur.
Layihənin məqsədi məktəbdaxili qiymətləndirmələrin yeni qaydalara uyğun formada təşkili üçün “Elektron Sınaq Qiymətləndirmə” sisteminin hazırlanması, təkmilləşdirilməsi və tətbiqidir.
Layihədə Qiymətləndirmələrin yeni qaydaya uyğun təşkil edilməsi, sualların səviyyələr üzrə düzgün təsnifatı (I səviyyə üzrə - 20 ballıq, II səviyyə üzrə - 30 ballıq, III səviyyə üzrə - 30 ballıq, IV səviyyə üzrə isə - 20 ballıq ) əsas yer tutur. Qiymətləndirmə nəticələri yeni qaydaya uyğun hesablanır - ( (0-30] – “2”, (30-60] – “3”, (60-80] – “4” və (80-100] – “5”), nəticələr cədvəl və qrafik formatda təqdim olunur.
Əvvəlki layihənin davamı olaraq burada bütün fənlər və bütün siniflər üzrə məktəbdaxili qiymətləndirmənin elektronlaşmış formada həyata keçirilməsi nəzərdə tutulur. Layihəyə cəlb olunmuş məktəblərin sayı 15-dən 30-a çatdırılacaqdır. Qalibi olduğumuz bu layihəyə digər məktəbləri də dəvət edirik.
Layihədə fənlər üzrə xüsusi hazırlanmış meyarlar və qiymətləndirmə aləti əsasında məktəbdaxili qiymətləndirmələri qısa zaman ərzində, yeni qiymətləndirmə qaydalarına uyğun elektron formada təşkil edilir, valideynlər, müəllimlər və məktəb direktoru müvafiq proqram təminatı vasitəsilə şagirdlərin təlim nəticələri ilə dərhal tanış ola bilirlər. Layihənin həyata keçirilməsi nəticəsində müvafiq fənn müəllimləri sinfin, məktəb direktoru isə müvafiq siniflər üzrə məktəbin portfoliosunu, inkişaf dinamikasını izləmək imkanı əldə edəcəkdir.
Hörmətlə, Layihə rəhbəri