“İnsan hüquqları aylığı” ilə əlaqədar tədbirlər keçirilir

Məktəbdə “İnsan hüquqları aylığı” ilə əlaqədar tədbirlər keçirilir. “İnsan hüquqları aylığı” çərçivəsində tədbirlərin keçirilməsinin əsas məqsədi insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini şagirdlər arasında təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə, şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdan ibarətdir. Bu məqsədlə şagirdlər arasında insan hüquqlarına dair rəsm müsabiqəsi təşkil edilmiş və ən yaxşı işlər foyedə sərgilənmişdir.