Uşaq hüquqları aylığı keçirilmişdir

Uşaq hüquqları — dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduğu, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır.
Uşaq hüquqları insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilməlidir. Bu gün, dünyanın bir çox yerində mövcud olan insan hüquqları pozuntuları, uşaq ölçüsündə daha geniş əhatəli və böyüyərək, müdaxilə edilməsi daha çətin bir şəkildə iştirak etməkdədir. Bu məqsədlə 8 "C" sinif şagirdləri dəyirmi masa arxasında toplaşaraq, geniş müzakirə apardılar. Dəyirmi masa keçirməkdə məqsəd şagirdlərin hüquq və vəzifələrini öyrənmək, öz hüquqlarına başqaları tərəfdən hörmətlə yanaşılmasına nail olmaqdır . Müzakirədə məktəbin psixoloqu,təşkilatçı müavin və kitabxana müdiri iştirak etdilər.