“İlk tibbi yardım” mövzusunda təlim keçirilmişdir

“Sağlam Təhsil-Sağlam Millət” layihəsi çərçivəsində “Sağlam Təhsil” siniflərində dərs deyən müəllimlər üçün “İlk tibbi yardım” mövzusunda təlim təşkil olunub.
“Eduland”in təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetinin “Uşaq-Yeniyetmələrin sağlamlığı, əmək sağlamlığı” kafedrasının doktorantı Qasım Əmrahlı tərəfindən aparılıb.
Müəllimlərə aşağı və yuxarı hərarət, ağır təzyiq altında sıxılma, qanaxmanın dayandırılması, süni tənəffüs verilməsi, ürəyin qapalı masajı, yaralara sarğı qoyulması, ən qısa müddətdə zərərçəkmişin yaxınlıqdakı müalicə müəssisəsinə çatdırılması ilə bağlı əyani məlumatlar verilib.
Eyni zamanda müəllimlər maneken-mulyaj üzərində təlim müddətində qazandığı bilikləri nümayiş etdiriblər.
Təlimin məqsədi məktəb mühitində baş verən qəzalar zamanı psixoloji vəziyyətin tənzimlənməsi, davranış qaydaları, ilk tibbi yardım hazırlığı ilə bağlı müəllimləri maarifləndirməkdən ibarətdir.
Məktəbin ibtidai sinif müəllimləri Cabbarova Tahirə və Hüseynova Naidə təlimdə iştirak etmişlər.