Ümumdünya Səmti Müəyyənetmə Gününə həsr olunmuş tədbir keçirilmişdir

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyası İlk dəfə olaraq mayın 21-i Dənizkənarı Milli Park ərazisində Ümumdünya Səmti Müəyyənetmə Gününə həsr olunmuş ekoklub üzvləri arasında səmti müəyyənetmə idman növü üzrə yarış keçirib.
2015-ci ildən RUGİM tərəfindən Azərbaycanda uşaq və yeniyetmələr arasında səmti müəyyəntetmə idman növünün fəaliyyəti bərpa olunuraq, onun inkişafı üzrə geniş şəbəkə yaradılıb və bu istiqamətdə bir sıra mühim tədbirlər həyata keçirilib.
RUGİM-də bu idman növü üzrə klublar fəaliyyətə başlayıb, bir çox təlim məşqləri və yarışlar təşkil olunub, ekoklub üzvləri səmti müəyyətetmə idman növü üzrə Beynəlxalq yarışlarda iştirak edərək qalib olublar.
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının birgə təşkilatçılığı ilə RUGİM-in 20 ekoklubundan 180 dərnək üzvlərinin iştiraki ilə yarış keçirilib. Yarışın məqsədi uşaq və yeniyetmələrdə sağlam həyat tərzinin təbliği, onlarda diqqətçilik, iradəlik, yaranmış vəziyyəti tez və dəqiq qiymətləndirmək, düşünmə qabiliyyəti kimi xüsüsiyyətlərin və fiziki bacarıqlarının inkişaf etdirilməsidir.
Yarışın nəticəsi olaraq K10 Q10(8-10 yaş), K12 Q12(11-12 yaş), K16 Q16(13-16yaş) yaş kateqoriyaları üzrə I, II, III yerlərə layiq görülən ekoklub üzvləri Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyası tərəfindən medal və diplomlarla mükafatlandırılib.
Nəzərinizə çatdırırıq ki,10 yaş kateqoriyası üzrə məktəbin VI sinif şagirdləri
Məmmədov Emil I yer,
Mehdiyeva Aysu II yer
Babayeva Nərmin III yerə layiq görülmüşlər.