Birincilərin hesabat tədbiri keçirildi

Naidə Hüseynovanın rəhbərlik etdiyi 1"A" sinif şagirdləri üçün əlamətdar gün oldu. Birincilərin hesabat tədbiri "O olmasın, bu olsun" tamaşasından fraqment ilə başlayaraq, bütün şagirdlərin və valideynlərin yaddaşına maraqlı, yadda qalan bir gün kimi həkk olundu. Birincilər ilk dəfə səhnədə tamaşaçılar qarşısında çıxış edirdilər. Valideynlərə övladlarının böyük auditoriya qarşısında çıxışına tamaşa etmək çox xoş idi. Uşaqlar oxumaqla yanaşı, adət-ənənələrimizi də necə gözəl öyrəndiklərini nümayiş etdirdilər. Ümid edirik ki, bu ilin birinciləri təhsil pillələrini uğurla qalxacaq, ölkəmizin adını yüksəklərə qaldıraraq gələcəyin marifpərvər ziyalılarından olacaqlar. Bu yolda onlara uğurlar arzulayırıq!