Zərərli vərdişlərdən qorunmanın yolları haqqında seminar keçirilmişdir

Bəşəriyyətin qlobal problemlərinə çevrilmiş və hər bir gəncin potensial namizəd olduğu zərərli vərdişlərdən qorunmasının yolları haqqında təbliğat aparılması məqsədilə seminar təşkil olundu. Seminarda Nizami rayonu İcra Hakimiyyətinin ictimai siyasət şöbəsinin müdir müavini , narkomaniyaya qarşı mübarizə üzrə Nizami rayonunun məsul katibi Bəhmən Hüseynov, Nizami rayonu Polis İdarəsinin veteranlar şurasının üzvü polis veteranı Firdovsi Bayramov, Nizami rayonu Polis İdarəsinin azyaşlılarla profilaktik işin təşkili şöbəsinin əməkdaşı polis leytenantı Xədicə Hüseynova, iştirak etdilər. Seminarda şagirdlərə narkomaniyanın gənclərin sağlamlığına mənfi təsir göstərdiyini, zərəri və onun törətdiyi fəsadlar haqqında geniş məlumat verildi.Tədbirin sonunda tərbiyə işləri üzrə direktor müavini Arzu Alışqızı cıxış edərək, şagirdlərin sağlamlığı üçün təhlükəli olan vərdişlərə qarşı təbliğat işinin mütamadi olaraq aparıldığını qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi