Uşaqların asudə vaxtının səmərəli təşkili

Uşaqların asudə vaxtının səmərəli təşkili, eyni zamanda, xalqımızın zəngin mənəvi dünyası, yüksək milli-mənəvi, mədəni dəyərləri barədə onlarda dolğun bilik və dünyagörüşü yaratmaq məqsədilə ekskursiyalar təşkil olunur.Belə ekskursiyalardan biri də 3 "B" sinfinin rəhbəri G.Rzayeva tərəfindən Ekoparka təşkil olundu. Uşaqlar Zirə xalça muzeyində yerləşən Xalçaçılıq tədris mərkəzində xalça hazırlamaq üçün istifadə edilən zəruri xammal və ləvazimatlarla tanış oldular.