İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş qiraət müsabiqəsi keçirilmişdir

Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş "Həq mənəm, həq məndədir, həq söylərəm" şüarı altında məktəblilər arasında bədii qiraət üzrə baxış-müsabiqəsi keçirilmişdir.Müsabiqənin məqsədi gənc nəslə Nəsimi poeziyasını sevdirmək və adəbi irsini tanıtmaq, məktəblilərdə bədii qiraət qabilliyətini inkişaf etdirmək,məktəblilər arasında istedadlı şagirdləri aşkara çıxarmaqdır.Müsabiqədə 9 "C" sinif şagirdi Məmmədova Gülər Akif qızı "Dilbəra, mən səndən ayrı ömrü canı neylərəm" qəzəli ilə müvəffəqiyyətlə çıxış edərək fərqlənmə diplomuna layiq görülmüşdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi