“STEM və digər innovativ təhsil proqramlarının tədrisi” ilə bağlı təlimin bağlanış mərasimi keçirilmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə 3-31 mart və 13-18 may 2019-cu il tarixlərində 50 (əlli) nəfər təhsil mütəxəssisi (müəllim və digər təhsil müəssisəsində işləyən mütəxəssislər) İsraildə və Bakıda 5 (beş) həftəlik STEM (Science, Technology, Engineering and Mathematics) və digər innovativ təhsil proqramlarının (robotexnika, kibernetika, nanotexnologiyalar və s.) tədrisi istiqamətində keçirilən təlimdə iştirak ediblər. Təlim çərçivəsində STEM mövzusunda olan proqramın Azərbaycan kurikulumlarına uyğunlaşdırılması, bu məzmunun Azərbaycandan olan mütəxəssislərə çatdırılması və məktəblərdə tətbiqi zamanı İsraildən olan mütəxəssislər tərəfindən müəllimlərə metodik dəstəyin göstərilməsi mövzuları üzrə kurslar təşkil olunmuşdur. Təlimdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Jalə Məhərrəmova iştirak etmişdir.16.05.2019 tarixində 20 nömrəli tam orta məktəb-liseydə “STEM və digər innovativ təhsil proqramlarının tədrisi” ilə bağlı təlimin bağlanış mərasimi keçirilmişdir.Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, İsrail Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Dan Stav, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, məktəb direktorları və digər şəxslər iştirak edib. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.