Azərbaycan Avtomobil Federasiyası sosial layihələrə başlayıb

Azərbaycan Avtomobil Federasiyası (AAF) yol hərəkəti təhlükəsizliyi ilə bağlı sosial layihələrə başlayıb. Bu layihələr yol hərəkətinin müxtəlif yaşda iştirakçılarını əhatə etməklə yanaşı, onların yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirilməsinə yönəlib.
Layihə çərçivəsində məktəbəqədər tərbiyə müəssisələri və orta məktəblərdə yol hərəkəti qaydaları təbliğ olunur. Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində keçirilən dərslərdən biri də məktəbin III və IV sinif şagirdləri üçün təşkil edildi. Bu dərslərdə şagirdlərə yol hərəkəti qaydaları və onlara riayət olunmanın vacibliyi izah edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi