Şagirdlərimizin uğurları

Viktoriya Tsaryovanın rəhbərlik etdiyi 4 “Ə” sinif şagirdləri dərslərində olduğu kimi, idman sahəsidə də böyük uğurlar əldə edirlər. Şagirdlərdən Əliyev Novruz, Qurbanlı Elton cüdo və şahmat, Babayev İslam cüdo, Hümbətova Nəzrin qadın idman gimnastikası üzrə nəaliyyətlər qazanmışlar.
Qurbanlı Elton “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü”-nə həsr edilmiş şahmat yarışları üzrə II dərəcə uğrunda təsnifat turnirində I yeri qazanmışdır.
Babayev İslam aprel şəhidlərinin xatirəsinə həsr olunmuş cüdo üzrə açıq birincilikdə 42 kq çəki dərəcəsində I yerə layiq görülmüşdür.
Hümbətova Nəzrin qadın idman gimnastikası üzrə Açıq Bakı Birinciliyində I yeri qazanmışdır. Nəzrin Respublikada keçirilən mötəbər yarışların açılış mərasimlərində də uğurla cıxış edir.
Əliyev Novruz Şuşa şəhər UGİM-nin açıq birinciliyində 30 kq çəki dərəcəsində II yer tutduğuna görə Diplom ilə təltif edilmişdir. Novruz həmçinin milli rəqslə gə məşğul olur. O, Bakı şəhəri 3 nömrəli UGİM-nin “Milli rəqs” dərnəyinin üzvüdür.