"Silisium və onun oksidi" mövzusunda nümunəvi dərs

ADPU-nun kimya fakultəsinin tələbəsi Kərimova Xəyalənin "Silisium və onun oksidi" mövzusunda 9 "Ç" sinifində reallaşdırdığı nümunəvi dərsini sizlərə tədqim edirik. Dərsdə silisium və onun oksidinin fiziki və kimyəvi xassələri öyrənildi, onların təbiətdə yayılması və tətbiq sahələri haqqında məlumat verildi. Şagirdlər dərsdə fəal iştirak etdilər. Mövzuya aid müxtəlif test və tapşırıqlar yerinə yetirildi.