Heydər Əliyev Mərkəzinə ekskurisya təşkil edilmişdir

Heydər Əliyev Mərkəzinin ümumtəhsil məktəblərinin şagirdləri arasında başladığı ekskursiya layihəsi davam edir. Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq nəticəsində reallaşdırılan layihə yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsinə, ölkəmizin tarixi, mədəni və elmi-texniki tərəqqi barədə bilik və məlumatların artırılmasına xidmət edir. Məktəbin 3-cü, 6-cı və 7-ci sinif şagirdləri də bu layihə çərçivəsində Heydər Əliyev Mərkəzində oldular. Ekskursiya müddətində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, irsi barədə məlumat aldılar, Mərkəzdə nümayiş etdirilən sərgilərlə tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi