Azərbaycanın Milli Qəhrəmanı Alif Hacıyev

Azərbaycanın Milli Qəhrəmanı Alif Hacıyev Xocalı şəhərində dünyaya göz açıb.Xocalının müdafiəsi üçün Əlif Hacıyev bütün qüvvəsini səfərbər edib. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə o digər qeyrətli həmvətənləri ilə birgə qanlı döyüşlərə atılıb. Qüvvələrin qeyri-bərabər olmasından qorxmayan Əlif Hacıyev geri çəkilməyib. Aeroportdakı məxfi sənədlərin düşmən əlinə keçməməsi üçün dispetçer məntəqəsini partladıb. Düşmənin zirehli hərbi texnikaları Xocalıya girəndə Əlif Hacıyev köməksiz qalan insanları Ağdamın Şelli kəndi istiqamətinə çıxarıb və yenidən geri qayıdıb.Təslim olmaq Əlif Hacıyevin xarakterinə görə deyildi. Son gülləsinə qədər döyüşən Əlif Hacıyev doğulub boya-başa çatdığı Xocalı torpağında qəhrəmancasına həlak olub.Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib, Bakının küçələrindən biri onun adını daşıyır.Bu gün məktəbimizin 5b sinifi sinif rəhbərləri Məhərrəmova Könül xanım ilə birlikdə hazırladığı tədbirdə Milli Qəhrəmanın bacısı Mina xanım Hacıyeva iştirak edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi