Şagirdimizin uğuru

Məktəbin 8 “C” sinif şagirdi Məmmədov Mehrəli Mahir oğlu dərslərində fəal olduğu kimi idman sahəsində də yüksək nəticələr əldə edir. Onun növbəti uğuru “10-cu Bakı Open -2019” rəsmi karate yarışmasında olmuşdur. Bu yarışmada o, komanda döyüşlərində III yer, şəxsi döyüşlərdə isə II yerə layiq görülmüşdür. Uğurların bol olsun!