4 ”F” sinfinin Novruz tədbiri

Novruz bayramı baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Ta qədimdən bir çox Şərq xalqları, o cümlədən azərbaycanlılar Novruz bayramını ən təntənəli bir bayram kimi keçirir, onu möhtəşəm bir şəkildə qeyd edirlər. Novruzu şənliklərlə, nəğmələrlə qarşılayırlar. Səməni cücərdir, şəkərbura, paxlava bişirirlər. 4 ”F” sinif şagirdləri də bu ənənəyə sadiq qalaraq səməni cücərtdilər. Onlar səməniləri böyüdüb, onları güllərlə bəzədilər.
Səməni, saxla məni,
İldə göyərdərəm səni.
Səməniyə saldım badam,
Qoymurlar bir barmaq dadam...