“Sağlamlığımız sərvətimizdir!”

“Sağlam Təhsil- Sağlam Millət” layihəsinin Ümumdünya Sağlamlıq Gününə həsr edilmiş “Sağlamlığımız sərvətimizdir!” məktəblərarası maarifləndirici sərgi-müsabiqə keçirilir.
Layihənin məqsədi. Şagirdləri ətrafda baş verənlərə yaradıcı yanaşmağa istiqamətləndirməklə onların sağlam fiziki, psixi və mənəvi təfəkkürünü inkişaf etdirmək, gigiyenik və sağlam həyat tərzinin tərbiyəsi, ümumi məqsəd uğrunda birgə çalışmaq, xeyirxahlıq, insansevərlik kimi dəyərləri aşılamaqdır.
11.03.19 tarixində layihənin məktəb mərhələsi keçirilmişdir. Məktəbin “Sağlam Təhsil- Sağlam Millət” siniflərindən olan 1"A" sinfinin həkim valideynləri yaxından iştirak etdilər. Həkimlərdən pediatr Səfərova Sevinc, stomatoloq Səfərov İltifat, stomatoloq Abbasov Müşfiq siniflərdə şagirdlərlə sağlamlıq haqqında söhbət apardılar, onları müayinə etdilər.
Münsiflər tərəfindən seçilən 5 rəsm və əl işləri müsabiqədə iştirak etmək üçün göndərildi.