"Xocalıya gedən yol" mövzusunda dəyirmi masa keçirilmişdir

Xocalı soyqırımının iyirmi yeddinci il dönümü ilə əlaqədar olaraq məktəbin kitabxanasında doqquzuncu sinif şagirdləri "Xocalıya gedən yol" mövzusunda dəyirmi masa keçirdilər.Tarix müəllimi Sərhəd müəllim erməni terrorunun tarixi köklərindən danışdı. O qeyd etdi ki, erməni terrorçuluğunun hər zaman bizim üçün təhdid obyekti olduğunu unutmamalı, onunla ciddi şəkildə mübarizə aparmalıyıq. Xocalı soyqırımından 27 il ötsə də, onun ağrı-acıları qəlbimizdə yaşayır. Ermənilərin Xocalının dinc sakinlərinə qanlı divan tutmalarının dəhşətləri yaddaşlardan silinməyib və heç zaman silinməyəcək.