"Xocalı harayı" adlı ədəbi-bədii kompozisiya təşkil edilmişdir

İnsanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən
biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən iyirmi yeddi il keçir.Misli
görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir.Xocalıda dəhşətli şəkildə qətlə yetirilmiş insanları yad etmək məqsədilə şagirdlərimiz "Xocalı harayı" adlı ədəbi-bədii kompozisiya hazırlamışlar.Tədbirdə Xocalı faciəsi zamanı törədilmiş cinayətlər videoçarxlarda , səhnəciklərdə öz əksini tapmışdır .