Bu gün “Beynəlxalq kitab bağışlama günü”dür

Qeyd edək ki, “Beynəlxalq kitab bağışlama günü” (“International Book Giving Day”) 2012-ci ildə ABŞ-da tanınmış uşaq kitabı saytı -“Delightful Children’s”in yaradıcısı Emmi Brodmurun təşəbbüsü ilə irəli sürülüb və ötən müddətdə sosial şəbəkələr vasitəsilə dünyada geniş dəstək qazanıb.
Hər il minlərlə həm oxunmuş, həm də yeni kitablar dünyanın bütün istiqamətlərinə yola düşür və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır. Beynəlxalq kitab bağışlama günü uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirən bir gündür.
Artıq neçə ildir ki, kitab bağışlama günü məktəbimizdə ənənəyə çevrilmişdir. Bu məqsədlə məktəbimizin şagirdləri bir-birinə kitab hədiyyə etmiş və bu günün sevincini bölüşmüşlər.